Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu mövzusunda ümumrayon tədbiri keçiridldi

0

  •       Xocalıların
    müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 20
    Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin
    xatirəsi ehtiramla yad olundu.

         Xocalı Rayon İcra Hakimiyyətinin, YAP Xocalı
    rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə
    və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 20
    Yanvar qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə qəsəbədə ucaldılmış
    Xocalı faciəsi abidəsini ziyarət edib, önünə qərənfillər düzdülər.

            Xocalı
    rayon Mədəniyyət Evində davam edən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik
    sükutla yad edildi.

            20
    Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən ümumrayon tədbirini giriş
    sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayava
    1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən
    biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik,
    azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini
    bildirdi.

          Xocalı şəhər
    4 saylı tam orta məktəbin müəllimi  Xalidə
    Əmiraslanovanın 20 Yanvar əlilləri və şəhid
    ailələrinə dövlətin qayğısı barədə məruzəsi dinlənildi, YAP Xocalı rayon təşkilatının sədri Vahid
    Əliyev çxışında 1990-cı il 20 yanvar gecəsində xalqımıza qarşı törədilmiş
    terror aktına əsl hüquqi-siyasi qiymətin verilməsində və bu cinayətin dünya
    ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu haqqında danışdı, “Xocalının
    səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu 1990-cı il 20 yanvar faciəsi
    zamanı xalqımızın başına gətirilən müsibətlərin kütləvi informasiya vasitələrində,
    mətbuatda işıqlandırılması mövzusunda çıxış etdi.

            Yekun
    olaraq çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov sovet
    imperiyasının riyakar siyasətindən, həmişə ermənilərin xeyirnə qərarlar
    çıxarmasından danışdı. Qeyd etdi ki, otuz üç il bundan əvvəl, yanvarın 19-dan
    20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın təcavüzkar
    siyasətindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənərək
    paytaxtımızın küçə və meydanlarına çıxıb buna qəti etirazını bildirən geniş
    xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.

           Rayonumuzun
    rəhbəri bildirdi ki, Azərbaycan xalqının özünün olanı özünə qaytarmaq əqidəsinin
    nəticəsidir ki, Vətən müharibəsində 30 il ərzində düşmən tapdağında olan
    torpaqlarımıza azad edə bildik. Xalqımız bu əqidəni davam etdirərək Bütöv Azərbaycan
    uğrunda arzularını, amalını həyata keçirəcək.

          Sonda
    Kosalar kənd Mədəniyyət Evinin hazırladığı, Kosalar kənd mədəni-maarif işçilərinin
    və Xocalı rayon Kosalar, Yaloba və Başkənd kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı
    ilə bədii kompozisiya nümayiş etdirildi. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib46 dəfə
    20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu mövzusunda ümumrayon tədbiri keçiridldi

    Maraqlı gələ bilər